Gürcü dənizçiləri ilə birgə Afrika sahillərində yoxa çıxan tanker tapılıb


Dünya 24 Avq 2018 21:10:00 449 0

Gürcü dənizçiləri ilə birgə Afrika sahillərində yoxa çıxan tanker tapılıb

Avqustun 14-də Afrikanın qərb sahillərində yoxa çıxan və göyərtəsində 17 Gürcüstan vətəndaşının olduğu neft tankerinin yeri müəyyənləşib.

Son.az Trend-ə istinadən bildirir ki, gəmi hazırda Toqo Respublikasının Lome limanına hərəkət edir.

Qeyd edək ki, Panama bayrağı altında üzən gəminin göyərtəsində 2 Rusiya vətəndaşının da olduğu bildirilir.