“Özözümə çaşıb qalmışam ki, mən Xatunu necə bağışladım?!”


Şou-biznes 24 Avq 2018 21:05:00 653 0

“Özözümə çaşıb qalmışam ki, mən Xatunu necə bağışladım?!”

Əməkdar artist Könül Kərimovanın Son.az-a müsahibəsi.

- Könül xanım, yay istirahətiniz necə keçir?

- Mən buna tam istirahət deməzdim, sadəcə olaraq bir az səhhətimə qulluq edirəm. Çünki 3 ildir ki, istirahətə yollanmırdım. Həm də çox yorğun idim. Ailəmdə xoş günlər ard-arda oldu. Hələ də o yorğunluq canımdan çıxmayıb. Artıq işə başlamışam, hələ üstəlik yeni bir mahnı da yazdırmışam.

- Siz həmişə şou-biznesi kənardan izləmisiniz, seyirçi olmusunuz. Nədən qorxmusunuz?

- Mənim ucuz reklama heç vaxt ehtiyacım olmayıb. Biz sənətə gələndə belə şeylər yox idi. İndi bu cür vasitələrə  əl atırlar. Bizim nəsil müğənnilər belə şeylərə alışa bilməz. Buna görə bizi qınamayın. Sənət müəllimlərimiz bizə sənətdən əvvəl abır-həyanı, mədəniyyəti öyrədib. Bu xasiyyətlərimə görə mən maqazin verilişlərindən də qaçıram.

- Amma boynunuza alın ki, çox səbirsizsiniz.

- Səbirsizlik məndə əsəbdən doğur. Qorxuram ki, nəsə artıq-əskik söz eşidərəm, əsəbiləşərəm. Yersiz sözlər, ifadələr, hərəkətlər məni əsəbiləşdirir. Bu daha çox özünü Instagramda göstərir.

- Bəzi həmkarlarınız onları təhqir edən izləyicilərini hüquq-mühafizə orqanları vasitəsilə cəzalandırır. Bəs siz niyə bu yola əl atmırsınız?

- Xeyr, mən heç vaxt bu yola əl atmaram. O insan məndən üzr istəsə nə dəyişəcək ki? Mən küsdümsə küsürəm. Zamanla o insanla münasibətlərimi bərpa edə bilərəm.

- Könül xanımı küsdürən insan onun qəlbini necə fəth edə bilər?

- (Fikirləşir). O insan özünü necə olursa-olsun bağışlatmalıdır. Barışmağın da yolları var. İçdən gələn səmimiyyəti görəndə mən barışıram. Elə olub ki, biri xətrimə dəyib demişəm ki, onu heç vaxt bağışlamaram. Özüm-özümə çaşıb qalmışam ki, mən onu necə bağışladım!

- Söhbət kimdən gedir?


Xəbərə aid fotolar