Sumqayıtda mənzildə 19 yaşlı gəncin meyiti tapıldı


Digərləri 24 Avq 2018 21:00:00 266 0

Sumqayıtda mənzildə 19 yaşlı gəncin meyiti tapıldı

Sumqayıtda mənzildə 19 yaşlı gəncin meyiti tapılıb.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1999-cu il təvəllüdlü Ülvizadə Sənan Qədimoğlan oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.