Kriminal avtoritet nişanəsi:


Kriminal 24 Avq 2018 17:54:00 256 0

Kriminal avtoritet nişanəsi:

Bakının Bülbülə qəsəbəsində zibil qutusundan balta ilə kəsilmiş və nərd zəri tatuirovkası döyülmüş kişi əli tapılıb. Deyilənə görə, beş nöqtəni əks etdirən zər tatuirovkasını bir qayda olaraq təkadamlıq kamerada cəza çəkən məhkumlar döydürürlər.

Suraxanı Rayon Polis İdarəsindən sputnik.az-a bildirilib ki, əl sahibinin şəxsiyyəti hələlik müəyyənləşdirilməyib. Mərhumun əvvəllər Rusiyada, Gürcüstanda və MDB məkanında mühakimə edilib-edilməməsi də sual altındadır. 

Hüquq müdafiəçisi Eldar Zeynalov deyir ki, təkadamlıq kamerada cinayət aləminin "başçıları" - avtoritetlər otururlar. Hansı ki, onları digər cinayətkarlardan belə təcrid edirlər.

Meyitin bütün əzaları aşkar olunmadığından əməliyyat-istintaq qrupu hələlik bununla bağlı nəsə deməyə çətinlik çəkir.