PSG ya Neymarı, ya da Mbappeni satmalı olacaq


İdman 24 Avq 2018 17:52:00 241 0

PSG ya Neymarı, ya da Mbappeni satmalı olacaq

PSG klubu iki əsas futbolçusu – Neymar və Kilian Mbappedən birini satmaq məcburiyyətində qala bilər.

Goal.az “Marca”ya istinadən xəbər verir ki, buna səbəb maliyyə pozuntusuna yol verməkdə ittiham olunan Paris klubuna qarşı UEFA-nın araşdırma aparmasıdır. Qurumun məsələ ilə bağlı qərarını yaxın vaxtlarda açıqlayacağı bildirilir.

Qərar mənfi olacağı təqdirdə, PSG 250 milyon avro borcunu azaltmaq üçün Neymarı və ya Mbappeni satmaq məcburiyyətində qalacaq. Lakin paytaxt klubunun cərimə ilə vəziyyətdən çıxmaq etimalı var.

Hadisələrin inkişafını hər iki futbolçunun xidmətində maraqlı olan İspaniyanın Real Madrid klubu yaxından izləyir.

Qeyd edək ki, PSJ ötən ilin yayında Neymarı İspaniya təmsilçisi Barcelona-dan 222 milyon avroya alıb. Həmçinin Paris təmsilçisi Kilian Mbappeni bu yay 180 milyon avro qarışılığında birbaşa transfer etmək şərti ilə Fransanın Monaco klubundan icarəyə götürüb.