İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu


Digərləri 24 Avq 2018 17:54:00 299 0

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

Bakı. İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edənlərin nəzərinə çatdırırıq ki, bu bölgədə əsasən yağmursuz hava şəraiti üstünlük təşkil etsə də, avqustun 25-26-da səhər saatlarında əsasən dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Havanın temperaturu dağətəyi rayonlarda 28-33, dağlıq rayonlarda 21-26 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsinə üz tutanları əsasən yağmursuz hava şəraiti gözləsə də, avqustun 26-da səhər qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 29-34, dağlıq rayonlarda 23-28 dərəcə isti təşkil edəcək.