Rusiyada dinozavr alışıb yandı VİDEO


Digərləri 24 Avq 2018 16:29:00 297 0

Rusiyada dinozavr alışıb yandı  VİDEO

Rusiyanın Başqırdıstan Respublikasındakı Sibay şəhərində yerləşən mədəniyyət-istirahət parkında reks tirannozavrının böyük fiquru yanıb.

Son.az Uraİnform-a istinadən bildirir ki, parkın direktoru İlgiz Ahmetşinin dediyinə görə, park ərazisində quraşdırma işləri aparılırmış. Qaynaqçı konstruksiyanı tirranozavrın fiqurasının yanında qaynaq etməyə başlayıb. Qaynaq zamanı fiqura qığılcım düşüb. Fiqur rezin və porolondan olduğundan, alışıb yanıb.

O, parkdakı 15 dinozavr fiquru arasında ən böyüyü idi.