Türkiyə səhiyyə turizmi və əcnəbilər


Digərləri 24 Avq 2018 15:52:00 218 0

Türkiyə səhiyyə turizmi və əcnəbilər

Türkiyə son illər səhiyyədə atılan yenilikçi və orijinal addımları sayəsində əcnəbilərin ilk seçimi oldu.

Son.az bildirir ki, müasir səhiyyə xidmətləri üçün atılan addımlar nəticəsini verir. Keyfiyyətli və ucuz xidmətlə cəlbedici variantlar Türkiyə səhiyyə turizminin şöhrətini artırıb. Orqan nəqli, xərçəng müalicəsi, estetik əməliyyatlar, saçəkmə kimi sahələrdə dünyanın dörd bir yanından xəstələr şəfa tapmaq üçün üstünlüyü Türkiyə verir. Müalicə edilən xəstələrin 50 faizi xaricidir.

Həm gənc, həm təcrübəli səhiyyə personalı, müasir infrastrukturu və müasir xəstəxanaları ilə Türkiyə Avropadan daha sərfəli variantlar təklif edə bilir.

Sağlıq turizmində dünyada 3-cü yerdə olan Türkiyənin hədəfi 2023-cü ilə qədər 2 milyon xarici xəstəni qəbul və müalicə etməkdir.