Əvvəl ərini, sonra polisləri döydü


Digərləri 24 Avq 2018 15:40:00 233 0

Əvvəl ərini, sonra polisləri döydü

Rusiyanın Penza şəhərində ərlə arvad arasındakı dava polislərin işə qarışması ilə başa çatıb.

Son.az Penzaİnıforma-a istinadən bildirir ki, polisə zəng vuraraq "Ərim içib, sərxoşdur, məni döyür" deyən qadının çağırışı ilə hadisə yerinə iki polis əməkdaşı yollanıb. Onlar sərxoş vəziyyətdə əl-qol atan, polisləri söyən əri tutub aparmaq istəyəndə arvad irəli atılıb. O, ərini müdafiə edib və polislərin əlindən alıb.

Daha sonra isə o, ərini döyməyə başlayıb.

Ertəsi gün isə ərlə arvad polisə şikayət ərizəsi yazaraq bildiriblər ki, şadisə yerinə gəlmiş polislər zorakılıq ediblər, hətta sərxoş ərin sağ qolunu burub sındırıblar.