Fransalı siyasətçi: "Minsk qrupunun fəaliyyətinə xitam verilməlidir"


Siyasət 24 Avq 2018 13:08:50 273 0

Fransalı siyasətçi: "Minsk qrupunun fəaliyyətinə xitam verilməlidir"

"Qarabağ münaqişəsinin həllində istifadə edilən vasitələr beynəlxalq münasibətlərin bugünkü aktual durumuna cavab vermir"

"Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin həllində istifadə edilən vasitələr beynəlxalq münasibətlərin bugünkü aktual durumuna cavab vermir".

Bunu "Report"un Qərbi Avropa bürosuna açıqlamasındaFransanın Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun prezidenti, Avropada təhlükəsizlik və beynəlxalq münasibətlər üzrə mütəxəssisEmmanüel Düpüy (Emmanuel Dupuy) bildirib.

O vurğulayıb ki,münaqişənin 30 ilə yaxındır həllini tapmamasıtəəssüf doğurur: "Təbii ki, bunun dasəbəblərini araşdırarkən yalnız Azərbaycan və Ermənistan münasibtləri faktorunu əsas götürmək lazım deyil. 1988-ci ildənbu yana Qarabağ münaqişəsinin nizamlanmasındaöz sözünü demək istəyən periferik ölkələrlə münasibətlər ətraflı təhlil olunmalıdır. Bu problem"donmuş münaqişələr kateqoriyasına aiddir vəən başlıca problem də onunhəllində istifadə edilən vasitələrin 30 ildən sonra beynəlxalq münasibətlərin bugünkü aktual vəziyyətinə cavab verməməsidir".

Mütəxəssis deyib ki,ABŞ və Rusiya Cənubi Qafqaz, Ukrayna,Cənubi Avropa ölkələri,Kosova və digər ölkələrdəki münaqişə ocaqlarındanistifadə edirlər: "Hər iki dövlət sankibir-birini imtahana çəkərək qırmızı xətti keçməmək prinsipini tətbiq edirlər. Ona görə də hesab edirəm ki,Qarabağ münaqişəsinin nizamlanmasındauzun illərdir dünya hegemonluğu uğrunda mübarizə aparanABŞ və Rusiyanın iştirakı məsələsinə yenidən baxılmalıdır. Münaqişənin həllinə digər ölkələrin cəlb edilməsi vasitəçi dövlətlər arasındabalans yarada və beləliklə, nizamlanmaprosesi müsbət nəticələnə bilər".

E.Düpüy qeyd edib ki,Fransanın və ABŞ-ın həmsədrləri olduğu ATƏT-in Minsk qrupunun fəaliyyəti strateji reallığa cavab vermir: "Minsk qrupunun fəaliyyətinə xitam verilməlidir. Artıq beynəlxalq əhəmiyyətli məsələlər qərbin sərhədlərini aşmalıdır. Məsələn,Rusiya, Türkiyə, İranı götürsək və Çini də əlavə etsək, Avroasiya məkanı yaratmış olarıq. Bura da dünyadakı iqtisadi inkişafın 50 faizi, dünya ÜDM-nin 25 faizi, dünya əhalisinin 45 faizi daxildir. Hətta dünyadakı 1,3 milyard müsəlmanın heç bir təmsilçisi yoxdur".

Fransalı ekspert vurğulayıb ki, artıq dünya hegemonluğu uğrunda mübarizə daha ABŞ və Rusiya arasında getmir: "Bu gün inkişaf etməkdəolan ölkələr üçüncü bir yol açmaqdadırlar. Ona görə dəAzərbaycan ABŞ-ın mütləq sədaqətinə arxalana bilməz. Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan ölkələrin coğrafi ərazisi genişləndirilərsə, məsələnin tezliklə nizamlanmasınanail olmaq mümkündür".