"Toppuş bacı" əməliyyatdan sonra efirə qayıtdı


Şou-biznes 24 Avq 2018 12:44:00 295 0

"Toppuş bacı" əməliyyatdan sonra efirə qayıtdı

Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyeva xərçəngdən əziyyət çəkir.

Son.az axşam.az-a istinadən bildirir ki, əməliyyat olunan aktrisada bu günlərdə yenidən bədxassəli şiş aşkarlanıb. Xəstəxanaya yerləşdirilən "Toppuş bacı" artıq evə buraxılıb.

T.Əliyeva çəkilişlərə başlayıb. O, "Qız atası" serialının beşinci mövsümündə də yer alacaq. Aktrisanın çəkiliş məkanından görüntüsünü həmkarları sosial şəbəkədə paylaşıblar. Əliyevanın xeyli arıqlaması diqqətdən qaçmayıb.