Salyanda toyuna iki gün qalmış qaçırılan gəlindən xəbər var


Digərləri 24 Avq 2018 12:12:00 264 0

Salyanda toyuna iki gün qalmış qaçırılan gəlindən xəbər var

Salyan rayonu Qaraçala qəsəbəsində gəlin toydan 2 gün əvvəl başqasına qoşulub qaçıb. Gəlin rayonun düzənlik kəndindən olub. Məlumata görə, oğlan evi gəlin gətirməyə hazırlaşarkən qızın qaçdığını öyrəniblər. Oğlan da qısa zamanda kənddə başqa bir qızla ailə qurub.

Son.az bildirir ki, Qaraçala qəsəbə sakinlərinin publika.az-a verdiyi məlumata görə, qaçan qızla oğlan bir ildən çox nişanlı olub. Bu müddət ərzində aralarında ciddi bir narazılıq olmayıb. Artıq qız toyu da olub.

Məlumata görə, toydan iki gün əvvəl heyvankəsdi mərasimi zamanı qız qaçıb. Bu zaman isə oğlan evində artıq toya bütün hazırlıqlar başa çatıb, dəvətnamələr paylanıb, gəlinlik paltarı da hazır olub.

Oğlanın ailəsi kasıb olduğundan çəkdiyi xərcin hədər getməsini istəməyib. Ona görə də iki gün ərzində qohumlardan bir neçə qıza elçi düşüb. Onlardan biri oğlanla ailə qurmağa razı olub və toy mərasimi baş tutub.