Ali məktəblərə boş qalan plan yerlərinə qeydiyyat başladı


Digərləri 24 Avq 2018 09:48:00 250 0

Ali məktəblərə boş qalan plan yerlərinə qeydiyyat başladı

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlər avqustun 24-dən sentyabrın 3-dək, tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olan abituriyentlər isə avqustun 24-dən 30-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər).