Türkiyə və Rusiya ən qlobal problemi həll edir


Dünya 24 Avq 2018 09:20:00 211 0

Türkiyə və Rusiya ən qlobal problemi həll edir

Suriyalı miqrantların evlərinə qayıtması üçün ortaq qrupun yaradılması ilə bağlı Türkiyənin Rusiyaya təklif etdiyi layihə qaçqınların geri dönməsinin başlanğıcı olacaq.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Yuri Zin deyib. O bildirib ki, ortaq qrup ölkələr arasında etibarın güclənməsinə və sığınacaq axtaranların evlərinə dönməsinə xidmət edəcək:

"Suriya torpaqlarının böyük qismi hökumətin nəzarətində olmasına baxmayaraq, bəzi çətinliklər var. Qərbdəki ölkələr miqrantların geri qayıtmasını dayandırmaq üçün mümkün olan hər şeyi edir. Yaradılması nəzərdə tutulan Türkiyə-Rusiya formatı sığınacaq probleminin həlli istiqamətində atılan addım olacaq. Rusiya Xarici İşlər naziri Sergey Lavrov bir neçə gün əvvəl Livanda görüşlər keçirdi. Livanın bu prosesə daxil olması məsələsində razılaşma əldə edildi. Sonra İordaniya və əlbəttə, Türkiyə gələcək. Çünki bu problem ən çox Türkiyəyə təsir etdi".