7 aylıq hamilə arvadına İŞGƏNCƏ verdi, silahla hədələdi


Digərləri 24 Avq 2018 00:45:00 275 0

7 aylıq hamilə arvadına İŞGƏNCƏ verdi, silahla hədələdi

7 aylıq hamilə qadın həyat yoldaşı tərəfindən təcavüz və şiddətə məruz qaldığını iddia edərək polisə sığınıb.

Son.az xəbər verir ki, hadisə İstanbulun Ataşehir bölgəsində qeydə alınıb. Gülün B. və həyat yoldaşı Rza B. 15 aydır evlidir. 7 aylıq hamilə olan Gülün.B həyat yoldaşı tərəfindən mənəvi və fiziki zorakılığa məruz qaldığını iddia edərək boşanmaq istədiyini deyib.

Şikayət əsasında polis Rza B.-ni şübhəli şəxs qismində saxlayıb. Polis ifadəsini aldıqdan sonra Rza.b-nı sərbəst buraxılması haqqında qərar qəbul edib. Lakin qadının vəkili onun həyat yoldaşını ölümlə hədələdiyini irəli sürərək onun həbsini tələb edib: "Müvəkkilimi hamilə olmasına rəğmən döyüb, təhqir edib. Eyni zamanda, pəncərədən tullayaraq öldürəcəyi ilə hədələyib. Xahiş edirəm, bunu göz önünüdə saxlayaraq bu şəxsi səbəst buraxmayasınız".


Xəbərə aid fotolar