Göyçayda 9 yaşlı qızı ilan sancıb


Digərləri 23 Avq 2018 23:52:00 314 0

Göyçayda 9 yaşlı qızı ilan sancıb

Göyçay rayonunda həyətdə gəzən 9 yaşlı qızı ilan sancıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında rayonun Yekəxana kəndində qeydə alınıb. Kənd sakini 2009-cu il təvəllüdlü Şəmiyeva Aysu Səxavət qızı həyətdə gəzərkən qəflətən onu ilan sancıb.

Yaxınları tərəfindən az yaşlı dərhal Göyçay rayon mərəzi Xəstəxanasına çatdırılıb. A.Şəmiyeva zərdab vurulub və vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.