Koalisiya qaçqın kolonunu bombaladı –


Dünya 23 Avq 2018 23:04:00 239 0

Koalisiya qaçqın kolonunu bombaladı –

Yəməndə ərəb koalisiyasına məxsus qırıcıların qaçqın kolonunu vurması nəticəsində 26 dinc sakin həlak olub.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu haqda qiyamçı Husilərə aid "Al-Masir" telekanalı bildirib.

Qeyd edək ki, Yəməndə hökumət gücləri və husilər arasında qarşıdurma 2014-cü ildən davam edir. 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının müdaxiləsi ilə qarşıdurma aktiv mərhələyə keçib.