Almanı yuyaraq təmizləmək mümkün deyil


Digərləri 23 Avq 2018 22:50:00 271 0

Almanı yuyaraq təmizləmək mümkün deyil

ABŞ-da aparılan bir araşdırma alma qabığındakı zərərli kənd təsərrüfatı kimyəvi maddələrinin yuyulmasına baxmayaraq, təmizlənmədiyini ortaya çıxarıb.

Massaçusetts Universitetindən alimlərin apardığı araşdırmaya əsasən, almanı insana zərərli kimyəvi maddələrdən təmizləmək üçün 15 dəqiqəyə qədər qabartma tozu məhlulunda saxlamaq lazımdır.

Alimlər bu araşdırmanı biri göbələk, digəri isə böcək üçün istifadə olunan iki fərqli pestisid üzərində həyata keçiriblər.

İndependent qəzetində nəticələri verilən araşdırmaya əsasən, kran suyu ilə yuma alma qabığındakı bu kimyəvi maddələri təmizləmir.