Uzun müddət yuxusuz qalmaq təhlükəlidir


Digərləri 23 Avq 2018 22:35:00 264 0

Uzun müddət yuxusuz qalmaq təhlükəlidir

Yuxu ilə əlaqədar alimlər bəzi qanunauyğunluqlar aşkar ediblər. Məlum olub ki, 6-8 saat yuxu yatanlara uzun ömür yaşamaq xarakterikdir. Yuxu azlığı isə əksinə, diabet və ürək-damar xəstəlikləri kimi bir sıra problemlərə səbəb olur. Xroniki yuxusuzluq da həmçinin, həmin xəstəliklərlə yanaşı piylənmə, depressiya və beyin zədələnmələri ilə əlaqələndirilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yuxusuz qalmağın başqa fəsadları ola bilər. İlk yuxusuz gecədən sonra insan beynində mezolombik sistem aktivləşərək qana defomin artır. Həmin təsirin nəticəsində insan daha enerjili, pozitiv və aktiv olur. Əvvəlcə beyində qərar verməyə və nəticələri qiymətləndirməyə nəzarət edən strukturlar reaktivləşir, özünüidarə zəifləyir. Yorğunluğun meydana çıxması ilə reaksiyaların sürəti yavaşıyır və ətraf aləmi dərketmə funksiyaları azalır. İkinci yuxusuz gecədən sonra orqanizmdə qlükoza mübadiləsi və immun sistemin fəaliyyəti pozulmağa başlayır. Yuxusuz keçən üçüncü gecədən sonra isə ilk hallünasiyalar meydana gələ bilər.