Bu üç qida soyuducuda saxlanılmamalıdır


Digərləri 23 Avq 2018 21:45:00 281 0

Bu üç qida soyuducuda saxlanılmamalıdır

Qidalanma və pəhriz ilə bağlı mütəxəssis Olcay Barış, yayda soyuducunun daxili temperaturunun sıfır dərəcə ilə mənfi 4 dərəcə arasında, dərin dondurucunun isə mənfi 18 dərəcə ilə  mənfi 23 dərəcə arasında olmasını bildirib. Çünki qidalarda bakteriyaların inkişafı 10 dərəcədən aşağı temperaturda zəifləyir, 4 dərəcədə isə tamamilə dayanır. Kartof, sarımsaq və soğan soyuducuda saxlanmamalıdır. Kök tərəvəzlər otaq temperaturundan 10 dərəcədən daha sərin olmamaq şərti ilə saxlanmalıdır və yalnız istifadə olunan zaman yuyunmalıdır, yoxsa sürətli çürüyə bilər. Otaq temperaturunda saxlanılarkən də, hava keçirən dəlikli qablarda, günəş işığı görməyən bir yerdə tutulmasında fayda var. Olcay Barış, qidaları saxlamaqla bağlı bir sıra qaydalara əməl olunmalı olduğunu qeyd edib.

Tərəvəz və meyvə paketinə dəliklər açın

Tərəvəz və meyvələri paketlərin içində soyuducuya qoyarkən bir neçə dəlik açılmalıdır. Beləcə nəmlənmənin qarşısını almış olarsınız. Soyuducunda bəzi meyvə və tərəvəzlərin bir-birlərinə toxunmaması üçün rəflərinin ayrı olmalıdır. Çünki bəzi meyvələr tərəvəzlərin daha tez xarab olmasına səbəb ola bilər. Tez xarab ola bilən meyvə, tərəvəz, yumurta, pendir, ət kimi məhsullar istehlak olunacağı miqdarda alınmalı və tez istehlak olunmalıdır.

Yumurtanı yumadan kartonunda saxlayın

Yumurtanı soyuducuya yumadan qoymaq lazımdır. Yumurtanın xarici səthində qoruyucu bir təbəqə yerləşir. Bu təbəqə yumurtanı yuyarkən itir. Yuyulmuş yumurtanın məsamələri daha açıq vəziyyətdə olur və bakteriyalar o məsamələrdən yumurtanın içinə yol tapa bilir. Yumurta, öz kartonu içində soyuducunda 5 həftə müddətində saxlana bilər.

Ət üçün ayrı bıçaq və ayrı kəsmə taxtası lazımdır

Əgər ət, toyuq, balıq bişirəcəksinizsə, bu məhsulların hər biri üçün istifadə etdiyiniz bıçaq və xüsusilə kəsmə taxtasının digər qida məhsulları üçün istifadə edilməməlidir. Çiy və bişmiş məhsullar üçün istifadə olunan qabların da ayrı olması lazımdır. Ət, balıq və toyuq məhsulları üçün taxta kəsmə vəsaiti əvəzinə düz, plastik, farfor səthli kəsmə materialları istifadə edilməsinin əhəmiyyəti var. İstifadə edildikdən sonra da mütləq isti suyla təmizlənməlidir.

Pendir nəmlənincə silin və quru kağız dəsmalda saxlayın

Son.az deyerler.org-a istinadən bildirir ki, pendiri soyuducunun nəfəs alan kiçik bir yerində bir və ya iki büzüşmüş təmiz, quru və yüngül kağız dəsmal üzərində, yaxud ağzı bağlı bir qabda saxlaya bilərsiniz. Pendir kifləri yeni formalaşdıqda, yağı deyil, pendiri istehlak etdiyi üçün pendir zərərli sayılır. Bu vəziyyətdə pendirin səthini təmiz bir bez və kağız dəsmal ilə yüngülcə silin. İlıq suda duruladıqdan sonra təzə zeytunyağı və ya dükandan alınan yağlarla ovarak bir və ya iki qat kağız dəsmal üzərinə qoymaq lazımdır. Onu da plastik və ya şüşə bir qabda saxlayın. Plastik qabda pendir daha tez xarab ola bilir. Təzə pendirləri öz orijinal qablarında, soyuq şəraitdə qoruyaraq və tez bir zamanda istehlak edin. Pendirdə saralma və turşuma baş verdikdə istehlak etməyin.