Quranda “Ululəmr” adlandırılan əmr sahibləri kimlərdir?


Digərləri 23 Avq 2018 21:40:00 278 0

Quranda “Ululəmr” adlandırılan əmr sahibləri kimlərdir?

"Ey iman gətirənlər, Allaha itaət edin, Onun Peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun. Beləliklə, əgər (din və ya dünya işlərindən) bir şey barəsində mübahisəniz olsa, Allaha və axirət gününə imanınız varsa, onu Allaha və Onun peyğəmbərinə həvalə edin (dini ixtilafı şəriət alimi, dünya barəsindəki ixtilafı isə qazı vasitəsilə Allahın kitabına və Peyğəmbərin sünnəsinə əsaslandırın). Bu, (sizin üçün) daha xeyirli və nəticə baxımından daha gözəldir". ("Nisa" 59).

Son.az deyerler.org-a istinadən bildirir ki, İslam təfsirçiləri bu ayədə adı çəkilən əmr sahibləri barəsində müxtəlif nəzərlər vermişdilər ki, onlarla tanış olaq.

1. Əhli-təsənnün təfsirçilərinin bəziləri bu əqidədədirlər ki, əmr sahibləri - hakimlər və əmirlərdir. Hakimiyyətdə kimdirsə, o da əmr sahibidir. Ona görə də hesab edirlər ki, müsəlmanların vəzifəsi - onlara tabe olub, əmrlərini yerinə yetirməkdir.

2. Bəziləri sayır ki, əmr sahibləri - yüksək təbəqələrin nümayəndələri, hakimlər, əmirlər, alimlər və mənsəb sahibləridir. Amma onlara itaət İslami şərtlər əsasında olmalıdır.

3. Bəzi təfsirçilərin nəzərlərinə görə, əmr sahibləri ilk dörd xəlifəyə aid edilmişdir. Qalan xəlifələr buna aid deyildirlər.