Pul və qızıl oğrusu saxlanılıb VİDEO


Digərləri 23 Avq 2018 21:04:00 288 0

Pul və qızıl oğrusu saxlanılıb  VİDEO

Şabranda evlərdən pul və qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Tutulan şəxs iyul avqust aylarında vətəndaşlara 10 min manatdan çox ziyan vurub.

Evlərə girərək qızıl və pul oğurlayan şəxs tutulub.

Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsindəiyul və avqust aylarında şəhər ərazisində yerləşən 3 evədaxil olaraq oradan pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şabran şəhər sakini, əvvəllər məhkum olunmuş Murad Məmmədov saxlanılıb.

Aparılan tədbirlərlə məlum olub ki, o, iyul ayında şəhər ərazisində yerləşən evlərin birindən 2970 ABŞ dolları, 850 manat və qızıl-zinət əşyaları, avqust ayında isə iki evdən 5000 rubl, 150 manat, 100 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlayıb.


Xəbərə aid video