Kimyəvi və təbii meyvə tərəvəzləri necə ayırd etməli?


Digərləri 23 Avq 2018 20:50:00 328 0

Kimyəvi və təbii meyvə tərəvəzləri necə ayırd etməli?

Bazarda və supermarketlərdə alış-veriş edən zaman bizi ən ümdə narahat edən məsələ meyvə və tərəvəzlərin təbi olub-olmamasıdır.

Son.az islaminsesi.info-ya istinadənməhz bu üsulları sizə təqdim edir. 

1. Yerkökü

Böyük və narıncı rəngdə olan yerkökü müştərinin diqqətini tez cəlb edir. Həmişə balaca və rəngi parlaq olmayan yerkökü seçin. Unutmayın ki, təbii yerköküdə qəribə ləkələr olmur. 

2. Kartof

Kartof kimyəvi dərmanları tez həll edir. Ona görə onları ayırd etmək çətindir. Çalışın balaca görkəmli və ləkəli kartofları seçin. Səliqəli və gözəl görkəmli kartoflar kimyəvidir. Dırnağınızla kartofa toxunun əgər xırçıltı səsi (cipsi kimi) gəlirsə, deməli kartof tamamilə təhlükəsizdir.

3.Pomidor

Pomidoru seçmək  bir qədər asandır. Sağlam pomidorun içi bir rəng olur və aydın olur. Əgər pomidorun içi ağdırsa və ləkələr varsa deməli nitratı boldur. Həm də toxum yerinə diqqət etsəniz görərsiniz ki, təmiz pomidorda toxum hissəcikləri balacadır.

4.Xiyar

Xiyarı alarkən içinə diqqət edin. Yadda saxlayın gübrəli xiyarın toxumları olmur. Bir də xiyarda sapına diqqət edin. Təhlükəsiz xiyarda yaşıl sapı yumşaq olmalıdır, xiyar özü isə bərk.

5. Kələm

Kələm alarkən onun ləkələrinə diqqət etməyiniz kifayətdir. Ləkəli kələm gübrələrlə kifayət qədər zəhərlənmiş vəziyyətdədir mənasını verir.