Alma sirkəsinin köməyi ilə nəcə arıqlamaq olar?


Digərləri 23 Avq 2018 20:25:00 246 0

Alma sirkəsinin köməyi ilə nəcə arıqlamaq olar?

Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır. Bunu elm də sübut edib.

Belə ki, Arizona Universiteti (ABŞ ) alimləri aşkar ediblər ki, alma sirkəsi həqiqətən piy hüceyrələrinə təsir edir, onların parçalanmasını sürətləndirir, iştahanı azaldır. Məhz bu səbəbdən qidalanmaya az miqdarda alma sirkəsini əlavə etməklə daha tez və asan arıqlamaq mümkündür.

Bundan əlavə alma sirkəsi qanda xolesterinin səviyyəsini aşağı salır, damarları təmizləyir və möhkəmləndirir. Bu isə ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.