Qidalarımız haqda qorxunc faktlar


Digərləri 23 Avq 2018 19:50:00 325 0

Qidalarımız haqda qorxunc faktlar

Biz əldə etdiyimiz qidalar haqqında bütün məlumatları bilirik?

Son.az islaminsesi.info-ya istinadən müasir dünyanın dəhşətli simasını özündə əks etdirən qida sənayesinin yalanlarını təqdim edir.

Birinci fakt budur GDO-lu qidalar dünyanın bir çox yerlərində qəbul edilmir. Qeyd edək ki, GDO-lu qidalar əsasən pambıq, qarğıdalı, soya və şəkər qamışıdır. Lakin elm hələ də GDO-lu bitkilərin insana nə cür ziyan vura biləcəyini müəyyənləşdirə bilməyib.

İkinci fakt: Əsl üzüm sirkəsi çox bahalıdır. Əsl üzüm sirkəsi ən azı 3 il qaranlıq məkanda qablarda saxlanılır. Əsl üzüm sirkəsinin bəzən 100 il ömrü olur. İndi hardasa 5-3 qəpiyə əldə olunan sirkənin orjinal olmasına inanmaq çətin olar.

Ücüncü fakt isə daha iyrəncdir. Karmin rəngləndiricisi demək olar ki. bütün qidalarımızda var. Ehtiyatlı olun "E120" adı ilə qidaların üzərində varsa deməli həşərat yeyirsiniz. Çünki koşenil yastıcası adlı həşəratdan alınır.

Dördüncü fakt isə ketçupdur. Bütün ketçuplar pomidordan hazırlanmır. Bu o demək deyil ki, pomidor çox bahadır, sadəcə olaraq qarışıqlar çox ucuzdur. Əgər əsl ketçupu tanımaq istəyirsinizsə ilk öncə onun rənginə diqqət yetirin. Əsl ketçup qırmızı və ya tünd qırmızı olur. Ən ümdəsi çox qatı olmamalıdır.

Beşinci fakt kanola yağıdır. Kanola sözünün mənası (canola) əslində Canadian Oil, Low Acid deməkdir. Yəni turşulugu azaldılmış yağ deməkdir. Əslində isə bu yağın tərkibində erukova turşusu var, insanda bir çox xəstəliklərə,eləcə də ürək xəstəliyinə səbəb olur. Yəni siz kanola yağı axtarsanız da, eyni ilə digər bitki yağlarına bənzər yağ əldə etmiş olacaqsınız.

Qlobal istiləşmə nəticəsində artıq bir çox meyvələr və tərəvəzlər yoxa çıxmaqdadır.