Ukrayna daha 20 növ silah və hərbi texnika istehsal edəcək


Dünya 23 Avq 2018 19:26:00 267 0

Ukrayna daha 20 növ silah və hərbi texnika istehsal edəcək

İlin sonunadək Ukrayna daha 20 növ silah və hərbi texnikanın istehsalını, modernləşdirilməsini başa çatdıracaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Kiyevdə silah və hərbi texnikalar sərgisində çıxışı zamanı Ukrayna Prezidenti Petro Poroşenko söyləyib.

Poroşenko bildirib ki, son beş ildə Ukrayna silahlı qüvvələrinə səkkiz növ zirehli döyüş nəqliyyat vasitəsi, iki növ tank əleyhinə raket sistemi, bu gün isə yeddi növ modernləşdirilmiş təyyarə və helikopter təhvil verilib.