İsveçrə bankı zəngin rusların 5 milyard dollar pulunu dondurub?


Dünya 23 Avq 2018 19:29:00 263 0

İsveçrə bankı zəngin rusların 5 milyard dollar pulunu dondurub?

İsveçrənin ən iri banklarından olan "Credit Suisse" ABŞ-ın sanksiyalarının təsiri altına düşməmək üçün Rusiya vətəndaşlarının 5 milyard dollarlıq bank hesablarını dondurduğu barədə bir az əvvəl yayılan məlumatı təkzib edib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, xəbəri RBK yayıb.

"Bu yaxınlardakı sanksiyalardan sonra, həmçinin ABŞ tərəfindən davamlı olaraq tətbiq olunan məhdudiyyətləri bəzərə alaraq "Credit Suisse" həmin məhdudiyyətlərin altında düşmüş müəyyən aktivləri reklassifikasiya (yenidən təsnif) edib, yəni onları gizli idarə olunan aktivlərdən vəkalət altında saxlanılan aktivlərə keçirib. Belə reklassifikasiya aktivlərin dondurulması demək deyil", - deyə nəşr banka istinadən bildirib.

Dondurulmuş bank hesablarının sahiblərinin adları açıqlanmır, amma qeyd olunur ki, bank beynəlxalq maliyyə sisteminin tənzimləyiciləri ilə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların həyata keçirilməsində əməkdaşlıq etməyə hazırdır.