İŞİD liderinin yeni müraciəti yayılıb


Dünya 23 Avq 2018 19:02:00 275 0

İŞİD liderinin yeni müraciəti yayılıb

İŞİD terrorçu qrupunun lideri təxminən bir il sükutdan sonra tərəfdarlarına müraciət edərək onları möhkəm olmağa çağırıb və düşmənlərinə "qaranlıq günlərin" hələ qabaqda olduğu barədə xəbərdarlıq edib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Terrorçu qrupun əl-Furqan mətbuat bölməsi İslam Dövləti qrupunu dəstəkləyənləri ruhdan düşməməyə çağıran Əbu Bəkr əl-Bağdadinin olduğu ehtimal edilən və 54 dəqiqə davam edən audio çıxış yayımlayıb.

İŞİD lideri həmçinin tərəfdarlarını düşmənlər alovu hiss etmələri üçün Qərb ölkələrində tənha hücumlar həyata keçirməyə çağırıb.