Galatasaray Superliqanın bombardirini satır


İdman 23 Avq 2018 18:25:00 283 0

Galatasaray Superliqanın bombardirini satır

Galatasaray hücumçusu Bafetimbi Qomislə yolları ayırıb. Goal.az xəbər verir ki, fransalı forvard karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. 33 yaşlı futbolçu yüksək liqa Al-Hilal-la anlaşıb. Klubun rəsmi saytı da artıq bununla bağlı açıqlama yayıb. Ərəblər bu transfer üçün İstanbul klubuna 6 milyon avro ödəyəcəklər.

Qomis ötən il Swansea City-dən Galatarasay-a transfer edilib. Fransa millisinin sabiq üzvü ötən mövsüm 33 oyuna 29 qol vuraraq, Superliqanın bombardir olub.