Real İspaniya millisinin üzvü ilə maraqlanır


İdman 23 Avq 2018 18:05:00 319 0

Real İspaniya millisinin üzvü ilə maraqlanır

Celta və İspaniya millisinin hücumçusu Yaqo Aspas karyerasını Real-da davam etdirəcək. Goal.az xəbər verir ki, “kral klubu” 31 yaşlı futbolçu ilə razılıq əldə edib. Madrid təmsilçisinin İspaniya millisinin hücumçusu üçün Celta-ya 40 milyon avro ödəyəcəyi iddia olunur.

Valencia-dan Rodriqo Morenonu transfer edə bilməyən “Real” hücum xəttindəki boşluğu məhz ispaniyalı forvardla doldurmaq istəyir.