Chelsea müdafiəçisinə qiymət qoyub


İdman 23 Avq 2018 17:40:00 233 0

Chelsea müdafiəçisinə qiymət qoyub

Real və Atletico-nun maraq dairəsində olan Markos Alonsonun təzminat məbləğini açıqlayıb. Goal.az xəbər verir ki, “zadəganlar” ispan müdafiəçiyə 60 milyon avro qiymət qoyub. Hazırda 27 yaşlı futbolçunu almağa əsas namizəd Atletico-dur. Madrid təmsilçisi PJ-yə keçidi gündəmdə olan Felipe Luisin boşluğunu məhz Alonso ilə doldurmaq istəyir.

Chelsea-nin yeni baş məşqçisi Maurizio Sarri müdafiəçini komandasında saxlamaq istəsə də, klub rəhbərliyi 60 milyondan aşağı olmamaq şərti ilə, onu satmağa hazırdır. Alonso Real Madrid-in yetirməsidir. O, 2010-cu ildə “kral klubu”nun heyətində 1 oyun keçirib.