Neftçi-nin futbolçusu milliyə dəvət aldı


İdman 23 Avq 2018 16:32:00 263 0

Neftçi-nin futbolçusu milliyə dəvət aldı

Neftçi-nin futbolçusu Soni Mustivar Haiti milli komandasına dəvət olunub. Goal.az xəbər verir ki, avqustun 31-dən sentyabrın 12-dək yığmanın düşərgəsində olacaq 28 yaşlı yarımmüdafiəçi KONKAFAF Milli Liqası çərçivəsində sentyabrın 10-da baş tutacaq Haiti – Sent Martin matçına çağırılıb. Mustivar 2013-cü ildən çıxış etdiyi Haiti milli komandasının heyətində 9 oyun keçirib.