Prezident İlham Əliyev: "Azərbaycan ilə Ukraynanı ənənəvi dostluq əlaqələri birləşdirir"


Siyasət 23 Avq 2018 16:26:00 247 0

Prezident İlham Əliyev: "Azərbaycan ilə Ukraynanı ənənəvi dostluq əlaqələri birləşdirir"

Prezident İlham Əliyev Ukraynanın Prezidenti Petro Poroşenkoya təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Ukraynanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Ukraynanı ənənəvi dostluq əlaqələri birləşdirir. Dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi bu ənənəni özündə bariz şəkildə əks etdirir.

İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı və daha da dərinləşməsi ölkələrimizin və xalqlarımızın rifahına yeni töhfələr verəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Ukrayna xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".