Azərbaycanlı zəvvarlar Həccin bütün əməllərini yerinə yetirərək hacı olub


Digərləri 23 Avq 2018 16:04:00 235 0

Azərbaycanlı zəvvarlar Həccin bütün əməllərini yerinə yetirərək hacı olub

Azərbaycanlı zəvvarlar Həccin bütün əməllərini yerinə yetirərək hacı olublar.

Son.az Report-a istinadən bildirir ki, onlar bu gün Məkkəyə qayıdaraq Həccin sonuncu əməllərini yerinə yetiriblər. Bununla da müqəddəs Həcc ziyarətinin bütün əməlləri tamamilə bitib.  

Azərbaycanlı hacılar üç gün Məkkədə qalacaq, daha sonra Mədinə şəhərinə gedəcəklər. Orada da üç gün qaldıqdan sonra sentyabrın 1-dən geri qayıdacaqlar. Azərbaycana geri dönüş sentyabrın 1-dən günün ikinci yarısından sonra gündə iki reys olmaqla sentyabrın 5-nə qədər baş tutacaq.