Şəmkirin keçmiş icra başçısı doğulduğu kənddə dəfn olunacaq


Digərləri 23 Avq 2018 16:09:00 297 0

Şəmkirin keçmiş icra başçısı doğulduğu kənddə dəfn olunacaq

Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Aslan Aslanov vəfat edib.

Son.az bildirir ki, İcra Hakimiyyətindən Report-a verilən məlumata görə, o, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Hazırda onun meyiti Bakı şəhərindən doğulduğu Şəmkir rayonunun Əliyaqublu kəndinə gətirilir və həmin kəndin qəbiristanlığında dəfn ediləcək.