TAP-ın tikintisi üzrə işlər maksimum hündürlüyə çatıb


Digərləri 23 Avq 2018 15:07:00 232 0

TAP-ın tikintisi üzrə işlər maksimum hündürlüyə çatıb

Transadriatik qaz kəmərinin (TAP) tikintisi layihədə nəzərdə tutulan maksimum hündürlükdə - dəniz səviyyəsindən 2,1 kilometr yüksəkdə aparılır.

Bakı. İlkin Şəfiyev - Transadriatik qaz kəmərinin (TAP) tikintisi layihədə nəzərdə tutulan maksimum hündürlükdə - dəniz səviyyəsindən 2,1 kilometr yüksəklikdə aparılır. Trend-in məlumatına görə, TAP AG konsorsiumundan bildirilib ki, hazırda işlər Albaniyanın Ostrovitsa dağında həyata keçirilir. Bu yüksək dağlıq ərazidə aparılan tikinti işləri boru kəməri inşasının texniki cəhətdən ən çətin seqmentlərindən biridir.