Azərbaycan içki ixracını 44% azaldıb


Digərləri 23 Avq 2018 14:59:00 232 0

Azərbaycan içki ixracını 44% azaldıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 8 064,71 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər ixrac edilib.

Son.az bildirir ki, Dövlət Gömrük Komitəsindən (DGK) Report-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 358,38 min dollar və yaxud 44,09% azdır.

Bu ilin ilk yarısında içki ixracı ümumi ixracın 0,08%-ni təşkil edib.