Yağmursuz olacaq, mülayim şimal küləyi əsəcək


Digərləri 23 Avq 2018 13:48:00 272 0

Yağmursuz olacaq, mülayim şimal küləyi əsəcək

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, avqustun 24-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-23°, gündüz 28-33° isti təşkil edəcək.

Abşeron yarımadasının şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.

Cənub çimərliklərində: Türkan, Hövsan, Sahil və Şıxda mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21°, gündüz 31-36° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 19-24° isti təşkil edəcək.