Poroşenko ukraynalılardan üzr istədi


Dünya 23 Avq 2018 12:56:00 204 0

Poroşenko ukraynalılardan üzr istədi

Donbasda hərbi əməliyyatı bir neçə saata sona çatdırılmasına dair verdiyi vədə görə Ukrayna prezidenti Pyotr Poroşenko ukraynalılardan üzr istəyib.

Son.az oxu.az-a istinadən bildirir ki, o, bu sözləri "dörd il əvvəl" söylədiyini xatırladıb.

"Bu sözlərin hansı kontekstdə səsləndirildiyi artıq elə də əhəmiyyətli deyil. Bu bəyanatın bədiiliyi də əhəmiyyət kəsb etmir. İnsanlar bu sözləri müharibəni qısa zamanda bitirmək imkanı kimi dəyərləndirdilər. 

Çox böyük gözləntilərə əsas verdiyim üçün üzgünəm. Həyata keçməyən ümidləri doğurduğum üçün səmimi qəlbdən üzr istəyirəm", - Ukrayna lideri deyib.