“Facebook” 400dən artıq


Digərləri 23 Avq 2018 12:00:00 319 0

“Facebook” 400dən artıq

"Cambridge Analytica" şirkəti ətrafında baş verən qalmaqaldan sonra mart ayından etibarən "Facebook" əməkdaşları istifadəçilərin şəxsi məlumatlarının saxlanmasına təhlükə yaranması səbəbindən sosial şəbəkədə 400-dən artıq əlavənin fəaliyyətini dayandırıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, araşdırmalar başlayandan etibarən min əlavə tədqiq olunub və istifadəçilərin təqdim etdikləri məlumatların əlavələrin yaradıcıları tərəfindən və ya hər hansı formada istifadə edilə bilməsi təhlükəsi səbəbindən 400-dən artıq əlavənin fəaliyyətini dayandırılıb.