7ci sinif şagirdi qızla cinsi əlaqə olan məktəblinin cinayət işi


Digərləri 23 Avq 2018 10:49:00 352 0

7ci sinif şagirdi qızla cinsi əlaqə olan məktəblinin cinayət işi

Bakıda təhsil komplekslərinin birində 7-ci sinif şagirdi ilə cinsi əlaqədə olan 11-ci sinif şagirdinin cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Son.az ölkə.az-a istinadla xəbər verir ki, cinayət məcəlləsinin 152.2-ci maddəsiylə təqsirləndirilən Rzayev Cavidan Siyavuş oğlunun məhkəmə prosesinə hakim Anar Tanrıverdiyev sədrlik edir.

Xatırladaq ki, biabırçı hadisə Bakı şəhərinin Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində baş verib.

Təhsil Kompleksinin 11-ci sinfində oxuyan Rzayev Cavidan Siyavuş oğlu 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu telefona çəkərək,  sosial şəbəkələrdə yayıb.