Qurban Qurbanov: Heyətdə problemlər olsa da, "Şerif"lə oyuna hazırıq


Digərləri 23 Avq 2018 09:44:00 196 0

Qurban Qurbanov: Heyətdə problemlər olsa da, "Şerif"lə oyuna hazırıq

Heyətdə problemlər olsa da, "Şerif"lə oyuna hazırıq.

Bakı. Heyətdə problemlər olsa da, "Şerif"lə oyuna hazırıq. Trend-in məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. O qeyd edib ki, komandasını meydanda çətin rəqib gözləyir: "Hər iki komandanın avrokuboklarda qrupa qalmaq üçün son şansıdır. Ona görə də hamı bu şansdan istifadə etməyə çalışacaq. Mövsümün əvvəlində hədəfimiz avrokuboklarda qruplara qalmaqdan ibarət idi. Ancaq azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Məğlub olsaq da, buna peşəkarcasına yanaşacağıq".