İŞİD məğlub oldu, ABŞ istəyinə çatmadı


Dünya 23 Avq 2018 09:28:00 269 0

İŞİD məğlub oldu, ABŞ istəyinə çatmadı

Cənab Boltonun açıqlaması daha əvvəl ABŞ Prezidentinin Suriya iqtisadiyyatı üçün pul xərcləmək istəmədikləri barədə dediklərinin məntiqli davamıdır.

Son.az axar.az-a istinadən xəbər verir ki, bunu Yaxın Şərq üzrə ekspert Abbas Cümə deyib. O, ABŞ-ın əsas məqsədinin Suriyanı dağıtmaq olduğunu bildirib:

"ABŞ Suriyanı yıxmaq üçün gəlib. Dağıtmaq isə düzəltmək deyil. Onlar İŞİD-ə qarşı mübarizə apardıqlarını deyirlər, amma əlavə işlər üçün pul xərcləmək istəmirlər. Bilsinlər ki, İŞİD məğlub olub. Paytaxtı Rakka dağıdılıb. Şəhərdən geriyə sadəcə dağıntılar qalıb və bərpa edilmir. ABŞ-da "nə edə bilərik ki?!" deyir. Bu onların mövqeyidir.

Bir tərəfdən Yaxın Şərqi terrorçulardan azad edən sülh göyərçinləri kimi davranırlar, digər tərəfdən də əlavə heç bir şeylə maraqlanmırlar. Əlbəttə, Suriyanı niyə bərpa etsinlər ki? Əsas məqsədlərinə çatmayıblar. Bəşər Əsəd hələ də iqtidardadır. Düşmənə nəyə görə yardım etməlidirlər? Onlar bura Suriya xalqına yardım etmək üçün gəlməyiblər".