Hərbçilər tonlarla sintetik narkotik aşkar etdilər


Dünya 23 Avq 2018 09:12:00 246 0

Hərbçilər tonlarla sintetik narkotik aşkar etdilər

Meksika Hərbi Dəniz Qüvvələrinin bölmələri Sinaloa ştatında əməliyyat zamanı metamfetamin olduğu ehtimal edilən 10 tondan çox sintetik narkotik maddə aşkar ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, qadağan olunmuş maddə ştatın dağlıq hissəsində yerləşən Los-Sedros rayonu ərazisində tapılıb.

Faktla bağlı kiminsə saxlanılması barədə məlumat yoxdur.