Füzuli və Cəbrayıl rayonlarının işğalından 25 il ötür


Digərləri 23 Avq 2018 08:25:00 106 0

Füzuli və Cəbrayıl rayonlarının işğalından 25 il ötür

Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 25 il ötür.

Son.az Trend-ə istinadən bildirir ki, 1993-cü il avqustun 23-də Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib.

Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək sahəni əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.

Rayonun ərazisi 1386 kv.km, əhalisi təxminən 105 min nəfərdir. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşıb.

Füzuli rayonu 1988-ci ildən başlayaraq mütəmadi olaraq ermənilərin hücumuna məruz qalıb. İşğal nəticəsində 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli əlil olub.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"i işğaldan sonrakı dövrlərdə Füzuli rayonu ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair bir sıra faktlar aşkarlayıb. Geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılıb, Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb, 2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb.

Ərazisi 1050 kv.km olan Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.

Cəbrayıldan olan 61 100 nəfər məcburi köçkün ölkənin 58 rayonunun 2000-dən artıq yaşayış məntəqəsində məskunlaşıb.

Qeyd edək ki, 2016-cı ilin aprel döyüşlərində Füzuli rayonunda geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyi Azərbaycan qüvvələrinin nəzarətinə keçdi. Lələ Təpənin ələ keçirilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tam təhlükəsiz həyat şəraiti təmin edildi. Bu gün Cocuq Mərcanlıda geniş tikinti-quruculuq işləri davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı 24 yanvar 2017-ci il tarixli sərəncamına əsasən, kəndin ərazisi minalardan təmizlənərək, ilkin mərhələdə kənddə 50 fərdi yaşayış evi, məktəb binası və digər müvafiq infrastruktur inşa edilərək 14 iyun 2017-ci ildə istifadəyə verilib, məcburi köçkünlərin buraya köçürülməsi qısa müddətdə başa çatdrılıb.

Kənddə bərpa işlərinin ikinci mərhələsində dövlət başçısısının 15 iyun 2017-ci il tarixli sərəncamına uyğun olaraq, əlavə 100 yaşayış evi, uşaq bağçası, həkim məntəqəsi və digər zəruri obyektlər inşa edilib. Bu mərhələdə indiyədək Cocuq Mərcanlı kəndinə 50-dən çox ailənin köçürülməsi təmin edilib. Bunlar, əsasən, Bakı və Şirvan çəhərlərində, Oğuz, Sabirabad və Biləsuvar rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələridir.

Xiaomi Mi Mix 3ün yeni fotoları sızdırıldı  FOTO like
  • 23 Avq 08:21  
Digərləri Xiaomi Mi Mix 3ün yeni fotoları sızdırıldı FOTO

Vaxtı ikən Xiaomi Mi Mix flaqman smartfonu ən birinci çərçivəsiz ekranlı

arrow Ətraflı
"Taliban" Moskvada Əfqanıstanla bağlı danışıqlarda iştirak edəcək like
  • 23 Avq 08:20  
Dünya "Taliban" Moskvada Əfqanıstanla bağlı danışıqlarda iştirak edəcək

"Taliban" radikal hərəkatının nümayəndələri Rusiya tərəfind

arrow Ətraflı
Tarixin ayaq izləri: Dünyanın ən kədərli abidəsi  FOTO like
  • 23 Avq 08:18  
Digərləri Tarixin ayaq izləri: Dünyanın ən kədərli abidəsi FOTO

II Dünya Müharibəsinin macar xalqına qalan "yadigarları" Macarıs

arrow Ətraflı
Necə edək ki, monitora çoxlu baxdıqda görmə qabiliyyəti zəifləməsin? like
  • 23 Avq 08:15  
Digərləri Necə edək ki, monitora çoxlu baxdıqda görmə qabiliyyəti zəifləməsin?

Amerika alimləri müəyyən ediblər ki, Verdana kompyuter şrifti gözlər ü

arrow Ətraflı
Belçikada restoranda baş verən hücumda 1 ölü var like
  • 23 Avq 08:13  
Dünya Belçikada restoranda baş verən hücumda 1 ölü var

Belçikada restoranda baş verən hücumda 1 nəfər ölüb.

arrow Ətraflı
Huawei fotoları qarışdırıb  FOTO like
  • 23 Avq 08:11  
Digərləri Huawei fotoları qarışdırıb FOTO

Huawei şirkəti ilə bağlı maraqlı bir xəbər yayıldı.

arrow Ətraflı
İstəyirəm ki, böyük oğlum futbolçu olsun like
  • 23 Avq 08:10  
Digərləri İstəyirəm ki, böyük oğlum futbolçu olsun

İtaliyanın "Yuventus" klubunun və Portuqaliya yığmasının hücum

arrow Ətraflı
Mehmet Ali Erbil əlil arabasına möhtac qaldı  FOTO like
  • 23 Avq 08:08  
Digərləri Mehmet Ali Erbil əlil arabasına möhtac qaldı FOTO

Uzun müddətdir "Vertiqo" xəstəliyi səbəbilə çətin günlər ke

arrow Ətraflı
Twitter Lite daha 21 ölkədə istifadəyə verildi like
  • 23 Avq 08:05  
Digərləri Twitter Lite daha 21 ölkədə istifadəyə verildi

Ötən il Twitter-in təqdim etdiyi Lite tətbiqindən cəmi 25 ölkənin istifa

arrow Ətraflı
Elbrus dağında iki alpinisti ildırım vurub like
  • 23 Avq 08:03  
Dünya Elbrus dağında iki alpinisti ildırım vurub

Elbrus dağında iki alpinisti ildırım vurub

arrow Ətraflı
Sosial şəbəkələrdə daha sərt qaydalar olacaq like
  • 23 Avq 08:01  
Digərləri Sosial şəbəkələrdə daha sərt qaydalar olacaq

Avropa İttifaqı terrorizmi dəstək xarakterli məzmunun silinməsi qaydaları

arrow Ətraflı
"Nike" irqçilikdə ittiham səbəbindən CAR-da bir neçə mağazasını bağlayıb like
  • 23 Avq 07:54  
Digərləri "Nike" irqçilikdə ittiham səbəbindən CAR-da bir neçə mağazasını bağlayıb

"Nike" şirkəti Cənubi Afrika Respublikasındakı bir neçə mağazasını ba

arrow Ətraflı
Azərbaycanın turizm imkanları Asiyada təqdim olunacaq like
  • 23 Avq 07:53  
Digərləri Azərbaycanın turizm imkanları Asiyada təqdim olunacaq

Azərbaycanın turizm potensialı Asiyada tematik sərgilərdə təqdim olunacaq

arrow Ətraflı
Sumqayıtda avtomobil yolu çöküb  VİDEO  FOTO like
  • 23 Avq 07:34  
Digərləri Sumqayıtda avtomobil yolu çöküb VİDEO FOTO

Sumqayıt şəhərində kanalizasiya borusunun partlaması nəticəsində magist

arrow Ətraflı