Huawei fotoları qarışdırıb FOTO


Digərləri 23 Avq 2018 08:11:00 224 0

Huawei fotoları qarışdırıb  FOTO

Huawei şirkəti ilə bağlı maraqlı bir xəbər yayıldı.

Son.az technote.az-a istinadən bildirir ki, məlumata əsasən şirkət professional fotokamera vasitəsilə çəkilmiş fotonu Nova 3 smartfon modelinin ön kamerası ilə çəkilməsi adı ilə təqdim edibmiş. Şirkətin Misirdəki şöbəsi sözügedən smartfonun ön kamerasının yüksək özəlliklərini əks etdirən reklam videosu paylaşıb. Videonun paylaşılmasından bir neçə müddət sonra modellərdən biri olan Sarah Elshamy öz Instagram hesabında videonun çəkiliş prosesindən olan bir fotonu paylaşıb. Həmin fotodan görmək olar ki, reklam videosunda təqdim olunmuş foto professional fotokamera ilə çəkilib. Foto tez bir zamanda Instagram hesabından silinib. Son.az


Xəbərə aid fotolar