Tarixin ayaq izləri: Dünyanın ən kədərli abidəsi FOTO


Digərləri 23 Avq 2018 08:18:00 292 0

Tarixin ayaq izləri: Dünyanın ən kədərli abidəsi  FOTO

II Dünya Müharibəsinin macar xalqına qalan "yadigarları" Macarıstanın paytaxtı Budapeştdə yerləşən Parlament binasının qarşısında, Tuna çayının sahili boyunca düzülmüş dəmir ayaqqabılardır.

Oxu.Az xəbər verir ki, 1944-cü ilin oktyabr ayında Hitler tərəfindən devrilən Macarıstan hökumətinin lideri Miklos Horti Ferençin kreslosunda Szalasi əyləşib. 

Hitlerin ideologiyasını dəstəkləyən Szalasi yəhudiləri vəhşi metodlarla öldürməyə başlayıb.

Təxminən, 80 min yəhudi Macarıstandan Avstriya sərhədinə qovulub. 20 min yəhudi isə Szalasi hökuməti tərəfindən Tuna çayı sahilində vəhşicəsinə qətlə yetirilib. Qurbanlardan silah gücü ilə ayaqqabılarını çıxarmaları və çaya atılmaları tələb edilib. Çaya atlayan qurbanlar güllələnərək qətlə yetirilib.

Bu unudulmaz qətliam uzun illər Macarıstanda yaşayan məşhur rejissor Can Toqay və heykəltəraş Qyula Pauer tərəfindən ölümsüzləşdirilib. 


Xəbərə aid fotolar