Twitter Lite daha 21 ölkədə istifadəyə verildi


Digərləri 23 Avq 2018 08:05:00 254 0

Twitter Lite daha 21 ölkədə istifadəyə verildi

Ötən il Twitter-in təqdim etdiyi Lite tətbiqindən cəmi 25 ölkənin istifadəçiləri yararlana bilirdi.

Son.az xeberler.az-a istinadən bildirir ki, şirkət açıqlamasında Twitter Lite-ın daha 21 ölkədə istifadəçilərin ixtiyarına verildiyini bildirib.

Belə ki, Argentina, Belarus, Dominikan Respublikası, Qana, Qvatemala, Honduras, Hindistan, İndoneziya, İordaniya, Keniya, Livan, Mərakeş, Nikaraqua, Paraqvay, Rumıniya, Türkiyə, Uqanda, Ukrayna, Uruqvay, Yəmən və Zimbabve həmin olkələr sırasına daxil olub.