Azərbaycanın turizm imkanları Asiyada təqdim olunacaq


Digərləri 23 Avq 2018 07:53:00 224 0

Azərbaycanın turizm imkanları Asiyada təqdim olunacaq

Azərbaycanın turizm potensialı Asiyada tematik sərgilərdə təqdim olunacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

N.Bağırovun sözlərinə görə, hazırda assosiasiya Dövlət Turizm Agentliyi ilə birgə Pakistan və Sinqapurda iki sərgidə iştirak etməyə hazırlaşır:

"Oktyabrın 2-4-də Pakistanda turizm sərgisində, daha sonra oktyabrın 17-19-da Sinqapurda sərgidə birgə iştirak edəcəyik. Fikrimcə, bu sərgilərdə iştirak Asiya ölkələrinin Azərbaycana diqqətini artırmağa imkan verəcək".