Rusiya vətəndaşını iribuynuzlu heyvan vurub


Digərləri 22 Avq 2018 23:34:00 301 0

Rusiya vətəndaşını iribuynuzlu heyvan vurub

Ağsu rayonunda xarici ölkə vətəndaşını iribuynuzlu heyvan vurub.

Son.az "report"-a istinadən bildirir ki, Dağıstan Respublikasının Mahaçqala şəhərindən rayonun Göydəlləkli kəndində yaşayan qohumlarıgilə qonaq gələn 1971-ci il təvəllüdlü Mehmandarova Səmərrux Arif qızını həyətdə ev sahibinə məxsus olan camış vuraraq ona ağır xəsarət yetirib.

Yaralı dərhal yaxınları tərəfindən Ağsu Rayon Mərəzi Xəstəxanasına aparılıb. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra müalicəsini davam etdirmək üçün Şamaxı Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.